Никол Пашинян
Paşinyan Vyanada Əliyevi Qarabağla danışıqlar aparmağa razı salmaq niyyətindədir
Bakı/27.03.19/Turan: Martın 29-da Vyanada Azərbaycan prezidenti ilə keçiriləcək görüşümüzün konkret gündəliyi yoxdur, bu barədə bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyan bildirib.
"Biz sadəcə olaraq müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmalıyıq, hesab edirəm ki, müzakirələr əvvəllər dilə gətirilmiş fikirlər çərçivəsində keçiriləcək", deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, Stepanakertdə Təhlükəsizlik Şurasının birgə iclasında elan edilən danışıqların və müzakirələrin aparıldığı gündəlikdir. "Bu, bütün gələcəkdanışıqlar prosesləri üçün platformadır", deyə o bildirib.
Deputatlardan birinin Qarabağın danışıqların tərəfi kimi danışıqlar prosesinə cəlb edilməsi məsələsinin də gündəlikdə olduğunu ehtimal etmək olar? - sualına cavabda Paşinyan təsdiq cavabı verib.
"Bunun guya danışıqlar formatının dəyişdirilməsi olması barədə təfsir mövcuddur, amma bu, belə deyil. Danışıqlar formatı ATƏT-in Minsk Qrupu və həmsdərlikdir", deyə Tert.am saytı Paşinyandan sitat gətirir. -02D-
-
- Siyasət
- 27 Mart 2019 12:37
-
- Bazarların icmalı
- 27 Mart 2019 13:56
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz