
Prezident İlham Əliyev.
Bakı/16.04.21/Turan: Cümə günü dövlət başçısı Abşeronun yenidənqurma işlərinə start verilmiş Pirşağı qəsəbəsinə (Bakıdan 20 km şimalda) baş çəkib.
Plana əsasən, kəndlərarası yollar abadlaşdırılacaq, kommunikasiyalar yenidən çəkiləcək, tarix və memarlıq abidələri, o cümlədən qədim hamam və məscid bərpa ediləcək. Qəsəbənin mərkəzində park salınacaq.
Bu işlər Abşeron və Bakının qəsəbələrində Balaxanıdan başlayan yenidənqurma və abadlıq işlərinin davamı olacaq.
Bu il daha üç qəsəbədə - Mərdəkan, Buzovna və Maştağada da abadlıq işlərinə başlanacaq. -02D-
Rəy yaz