Polis Oqtay Gülalıyevin maşınla qəsdən vurulmasını təkzib edir
Bakı/01.11.19/Turan: Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu birgə bəyanatla çıxış edərək hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla qəsdən vurulmasını təkzib ediblər. Güc qurumları bildirirlər ki, avtomobilin sürücüsü Kənan Abdullayev həqiqətən taksi sürücüsüdür, qəza günü onun getdiyi marşrut O.Gülalıyevin hərəkət marşrutu ilə üst-üstə düşmür və onlar şəxsən tanış olmayıblar.
Hadisədən təxminən 2 saat öncə K.Abdullayev milliyətcə ərəb olan şəxsi və onun tərcüməçisini “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparıb. Şəhərə dönən sürücü onları 28 may küçəsində hadisənin baş verdiyi yerin yaxınlığında maşından endirib. Sonra hər gün həmin vaxt məktəbə apardığı uşağı götürmək üçün Nizami küçəsinə keçib.
Hüquq-mühafizə orqanları bildirirlər ki, “qəza ehtiyatsızlıqdan baş verib” və “avtomobilin Gülalıyevi qəsdən vurmasını” istisna edirlər.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra sürücünün əməlinə hüquqi qiymət verilməsi təmin ediləcək.
Eyni zamanda indiyədək polis 28 may küçəsində avtomobilin hərəkətinə dair kadrları açıqlamayıb, ancaq avtomobilin işıqforda dönməsilə bağlı qısa fraqmenti göstərib.
Cinayət işinin “nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkənin sağlamlığına az xəsarət yetirməklə” maddəsi ilə açılmasının səbəbi məlum deyil. Çünki O.Gülalıyev həyatına təhlükə yaradan ciddi xəsarət alıb. Həmçinin sürücünün hansı qisimdə məsuliyyətə cəlb olunduğu məlum deyil.-06D-
-
- Cəmiyyət
- 1 Noyabr 2019 13:27
-
- Söz istəyirəm
- 1 Noyabr 2019 13:52
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz