![Prezident İlham Əliyev: �Bu tədbirlər həmrəyliyə xidmətdir�](https://turan.az/resized/media/2017/main/122200006429-750-500-resize.webp)
Prezident İlham Əliyev: �Bu tədbirlər həmrəyliyə xidmətdir�
Bakı/22.12.17/Turan: Bu gün prezident İlham Əliyev Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib.
Dövlət başçısı dekabrın 21-də Bakıda keçirilmiş "2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransı beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə kimi dəyərləndirib.
İ.Əliyev Şimali Qafqaz ölkələri dini rəhbərlərinin konfransda iştirakını Rusiya, o cümlədən Şimali Qafqaz ölkələri ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət adlandırıb.
Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev isə tədbir xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə kimi dəyərləndirib.
Dövlət başçısı Azərbaycanın son illər qazandığı sürətli iqtisadi inkişafın səbəbi kimi cəmiyyətdə hökm sürən sabitliyi, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi mehriban yaşamalarını göstərib.
Xatırladaq ki, 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilib.Bu çərçivədə müxətlif ölkələrdə tədbirlər keçirilib. Dekabrlın 21-də Bakıda keçirilmiş "2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans "İslam Həmrəyliyi ili"nin yekun toplantısı olub. Şimali Qafqaz ölkələrinin din xadimləri bu çərçivədə konfransda iştirak ediblər. -05D-
-
- Cəmiyyət
- 22 Dekabr 2017 15:09
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 15:56
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz