Prezident İlham Əliyev mədəniyyət xadimlərinin problemlərinin həll olunacağını bildirib
Bakı/02.03.19/Turan: Mədəniyyət Nazirliyinə və Prezident Administrasiyasına tapşırılacaq ki, mədəniyyət xadimləri ilə görüş zamanı onların xahiş və müraciətləri öyrənilib təhlil edilsin. Bunlar proqram kimi tərtib ediləcək və tədricən həll olunacaq. Bu barədə prezident İlham Əliyev cümə günü bir qrup mədəniyyət xadimi ilə görüşün yekununda bildirib.
Qeyd edək ki, xahişlər əsasən maddi xarakter daşıyıb - əməkhaqqı, mənzil, layihələrin dəstəklənməsi və s.
İ.Əliyev gənc mədəniyyət xadimləri üçün mənzil tikintisinin və dövlət tərəfindən onların dəstəklənməsinin vacibliyini bildirib.
İ.Əliyev televiziya proqramlarının nizama salınması və telekanallarda proqramların keyfiyyətinə və məzmununa nəzarət edən Bədii şuraların yaradılması barədə təklifə müsbət reaksiya verib.
O, dövlətin teatr işçilərinin əmək haqlarını artırmağa, ölkədəki bütün teatrlara maddi-texniki dəstək göstərməyə hazır olduğunu bildirib.
Prezident bədii filmlərin çəkilişinin dövlət tərəfindən maliyyələşdirilməsi, Bakıda xeyriyyəçi Zeynalabdin Tağıyevə abidə qoyulması barədə təklifləri dəstəkləyib.
İ.Əliyev Bakının 3-4 rayonunu birləşdirən mərkəzi rayonun yaradılması təklifini dəstəkləyib.-02D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz