Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı İnvestisiya Agentliyinin rəhbərini qəbul edib (yenilənib)
Bakı/04.03.19/Turan: Martın 4-də prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Agentliyinin sədri İbrahim bin Əbdülrəhman əl-Öməri qəbul edib.
O həmçinin iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədridir.
Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyuluşunda, energetika, bərpa olunan enerji, turizm və turizm infrastrukturu, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişafında, ticarətin və s. genişləndirilməsində maraqlıdır.-02D-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz