Prezident İlham Əliyev: �Yerevanın Qarabağa dair son bəyanatları yolverilməzdir�
Bakı/06.03.19/Turan: Çərşənbə günü prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Rəsmi məlumatda deyilir ki, T.Klaar Avropa İttifaqının Qarabağ münaqişəsinin dinc nizamlanmasında maraqlı olduğunu bildirib.
Öz növbəsində İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışıqların mövcud format əsasında davam etdirilməsi və danışıqlara qeyd-şərt qoyulmasının qəbuledilməzliyi barədə Avropa komissarlarının bəyanatlarından məmnun olduğunu bildirib.
İ.Əliyev bir daha deyib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Onun sözlərinə görə, danışıqların formatı dəyişdirilə bilməz. İşğal olunmuş ərazilərin azad edilməsi danışıqlar prosesinin həmişə vacib komponenti olub. Odur ki, Ermənistanın ziddiyyətli bəyanatları qəbuledilməzdir və danışıqlar prosesinə əngəl törədir.
O, beynəlxalq ictimaiyyəti erməni tərəfin belə hərəkətlərinə ciddi qiymət verməyə çağırıb. -02D-
-
- İqtisadiyyat
- 6 Mart 2019 13:39
-
- İqtisadiyyat
- 6 Mart 2019 14:58
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
Rəy yaz