Prezident şagirdin intiharının ciddi araşdırılması ilə bağlı göstəriş verib
Bakı/11.04.19/Turan: "Bakıda 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı aidiyyəti dövlət qurumlarına -Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbər uşağın və ailənin hüquqlarından gedir". Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, orta məktəbin VIII sinif şagirdinin intiharı çox müzakirə olunur.
"Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq. Sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tutur və populist çıxışlar edirlər", deyə komitə sədri qeyd edib.
Orta məktəbin 8-ci sinif şagirdi aprelin 4-də özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atıb. Şagird iki gün sonra Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Şagirdin intiharı sosial şəbəkələrdə geniş müzakirlərə yol açıb. Yüzlərlə insan sosial şəbəkələrdə "Uşaqlarüçünsusma" .üarı ilə keçirilən kampaniyaya qoşulub. -03B-
-
- İqtisadiyyat
- 11 Aprel 2019 12:39
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz