Prezidentlər İlham Əliyevlə Emmanuel Makron telefonla Qarabağ nizamlanmasını müzakirə ediblər
Bakı/30.01.20/Turan: Yanvarın 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefon edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub, hər iki tərəf əməkdaşlığın inkişafından məmnun olduqlarını bildirib. İqtisadi sahədə əməkdaşlığın genişləndirildiyi vurğulanıb.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər. Prezident Əliyev münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa rəhbərinin diqqətinə çatdırıb.
Telefon danışığı zamanı həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. -06D-
-
- İqtisadiyyat
- 30 Yanvar 2020 13:00
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz