Qarabağda Halo Trust əməkdaşları minaya düşüb, üç nəfər həlak olub
Bakı/29.03.18/Turan: Martın 29-da səhər saatlarında Qarabağın şimalında, Mardakert şəhəri yaxınlığında The HALO Trust təşkilatına məxsus avtomobil minaya düşüb, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
"Üç nəfər həlak olub, iki nəfər yaralanıb. Onların şəxsiyyəti və hansı ölkənin vətəndaşı olduqları dəqiqləşdirilir", deyə agentliyin həmsöhbəti bildirib.
The HALO Trust Böyük Britaniya və ABŞ-da qeydiyyatdan keçmiş, münaqişə zonalarında minaların və partlamamış döyüş sursatların zərərsizləşdirilməsi ilə məşğul olan qeyri-kommersiya xeyriyyə təşkilatıdır. -02D-
-
- İqtisadiyyat
- 29 Mart 2018 11:42
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz