Qarabağlı xadim Bakıya Sərsəng su anbarının birgə istifadəsini təklif edir
Bakı/10.04.19/Turan: Qarabağ "hökuməti"nin keçmiş rəhbəri və Azad Vətən Partiyasının lideri Araik Arutyunyan regionda sabitliyin və davamlı sülhün bərqərarını təklif edib.
O, Facebook səhifəsində yazıb ki, beynəlxalq uçuşlar üçün Qarabağ hava məkanının açılmasını təklif edir.
Bundan əlavə, A.Arutyunyan Azərbaycanla birlikdə Sərsəng su anbarının istifadəsini təklif edir.
Razılıq əldə olunarsa sərhədyanı rayonlarda minlərlə hektar torpaq suvarılacaq ki, bu da əhalinin həyat səviyyəsini kardinal şəkildə dəyişəcək.
Onun fikrincə, bu təkliflər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin qarşıdakı görüşündə müzakirə oluna bilər. Arutyunyan bildirib ki, vaxtilə bu təkliflər BQXK və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsilə Azərbaycan hakimiyyətinə təqdim olunub, lakin Bakı tərəfindən qəbul edilməyib.
Xatırladaq ki, Qarabağ üzərində hava məkanı Azərbaycan ərazisi sayılır və onun razılığı olmadan orada beynəlxalq aviareyslər mümkün deyil. Bakı dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayınca bu cür uçuşların həyata keçirilməsinə imkan verilməyəcək.-02D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz