Qazaxıstan və İranın hərbi gəmiləri Bakıda keçirilən "Dəniz kuboku"na gəlir
Bakı/30.07.19/Turan: Qazaxıstan HDQ-nin "Mangistau" raket-artilleriya gəmisi iyulun 30-da Bakıya gəlib. Gəminin ekipajı "Beynəlxalq Ordu Oyunları - 2019" çərçivəsində keçirilən "Dəniz Kuboku"na iştirak edəcək.
Oyunlar 3-17 avqust tarixlərində Azərbaycanın ərazi sularında keçiriləcək, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Elə bu gün eyni məqsədlə İranın iki hərbi gəmisi -"Peykyan" və "Covşan" Bakıya gəlib.
Bu il oyunlar on ölkənin - Azərbaycan, Ermənistan, Belarus, İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan, Rusiya və Özbəkistan ərazisində keçiriləcək. Oyunlar çərçivəsində müxtəlif müsabiqələr keçirilir və "Dəniz Kuboku" onlardan biridir. -02D-
-
- Mədəniyyət
- 30 İyul 2019 17:17
-
- Cəmiyyət
- 30 İyul 2019 17:56
Siyasət
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri aşağı seçici fəallığı və ciddi mübahisələr fonunda keçirildi. Seçicilər saat 08:00-dan 19:00-a qədər səs verdilər. Mərkəzi Seçki Komissiyası (MSK) prosesin problemsiz keçdiyini bildirsə də, müstəqil müşahidəçilər və müxalifət nümayəndələri seçkilərin şəffaflığı və inklüzivliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər.
-
29 yanvar saat 17-yə olan rəsmi məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 28,77%-i səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Fərid Orucov bildirib. Onun sözlərinə görə, bu, 1 715 291 nəfər deməkdir.
-
Moskva Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir, bu barədə çərşənbə günü RF-nin baş naziri Aleksey Overçuk jurnalistlərə bildirib.
Rəy yaz