
Açiq mənbələrdən foto.
Qırmızı Xaç missiyasının rəhbəri Baş Prokurorluqda itkin düşmüş şəxslərlə bağlı məsələni müzakirə edib
Bakı/28.04.21/Turan: Aprelin 28-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Beata Skvarska Zonhen Azərbaycan Baş Prokurorluğunda qəbul edilib. Baş prokurorun birinci müavini Elçin Məmmədovla görüşdə cəbhəboyu ərazilərdə yaşayan, hərbi münaqişə zamanı ziyan çəkmiş mülki əhalinin problemləri müzakirə olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, BQXK missiyasının rəhbəri hərbi münaqişə zamanı itkin düşmüş şəxslərin axtarışı üzrə intensiv işlər görüldüyünü bildirib. -02D-
Rəy yaz