«Qlobal Maqnitski» qanununun sponsoru «Azərbaycan Demokratiya Aktı» qanun layihəsinin həmmüəllifidir
“Qlobal Maqnitski” adlı məlum qanunun müəllfi amerikalı konqresmen Cim Makqovern “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifi olub. Bu qanun layihəsi ötən ilin sonlarında digər nüfuzlu konqresmen Kristofer Smit tərəfindən irəli sürülüb. Məlumatı Turan-ın Vaşinqton müxbiri verib.
Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
“Qlobal Maqnitski” qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarına pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini nəzərdə tutur.
Bundan öncə “Azərbaycan Demokratiya Aktı”na iki konqresmen – Luiza Loter və Co Xek qoşulub.
Qanun layihəsinin müəllifi Kristofer Smit Turan-a müsahibəsində deyib ki, o və həmkarları “çox ciddi əhval-ruhiyyədədir”.
“Biz prezident İlham Əliyevi inandırmaq istəyirik ki, ayrı-ayrı şəxslərin, jurnalistlərin və müxalifətçilərin sıxışdırılmasına yönələn siyasətin sonu pis olacaq”, - o vurğulayıb.
Konqresmen qeyd edib ki, ABŞ administrasiyası siyasi məhbuslar və mətbuatın sıxışdırılması məsələsini Əliyevin qarşısında aydın və birmənalı şəkildə qaldırmalıdır.
“Azərbaycan Demokratiya Aktı” bu il ərzində Konqresdə bütün mərhələlərdə müzakirədən keçdikdən sonra qəbulu mümkündür.
Qeyd edək ki, martın sonu İ.Əliyevin nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfəri gözlənilir. Səfər çərçivəsində Vaşinqton nümayəndələri ilə Azərbaycan rəhbəri arasında mühüm və prinsipial danışıqların olacağı gözlənilir. Yaxın perspektivdə Azərbaycan-Amerika münasibətlərinə dair bir çox məsələ həmin görüşlərin nəticələrindən asılı olacaq.-25В-
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz