Qubad İbadoğlunun tərəfdarları təqiblərə məruz qalır
Bakı/07.04.20/Turan: Demokratiya və Rifah Hərəkatı (DRH) öz fəallarına qarşı təzyiqlərin olduğunu bildirib. Əsasən təşkilatın Sumqayıt fəalı Rövşən Muradlı zorla polisə aparılıb.
Aprelin 5-də polis onu evdən aparıb və “profilaktik söhbət” edib, sonra sərbəst buraxıblar. Digər fəal Ülfət Haqverdiyev də polisə aparılıb və karantin rejimini pozmaq bəhanəsilə heç bir səbəb olmadan 100 manat cərimə edilib.
Digər fəal İlqar Yaqublu da polisə aparılıb və 100 manat cərimə olunub.
Təşkilatın başq bir üzvü Məhəbbət Murada telefonla psixoloji təzyiq göstərilib.
Aprelin 6-da təşkilatın Sumqayıt şöbəsinin rəhbəri Şakir Məmmədli saxlanılıb və polisə tabe olmadığına görə 15 sutka həbs edilib.
“Fəalların polisə aparılması və onların Facebook hesablarındakı məlumatları silməyə məcbur edilməsi onu deməyə əsas verir ki, hakimiyyət təmsilçilərinin hərəkat üzvlərinə qarşı addımları sifarişli və qanunsuzdur”, - Hərəkatın bəyanatında deyilir.
DDB hakimiyyəti hökumətin tənqidçilərinə qarşı repressiyaları dayandırmağa və təşkilatın həbs edilmiş üzvlərini azad etməyə çağırıb.
Xatırladaq ki, DDB 2015-ci ildə yaradılıb, quruma iqtisadçı Qubad İbadoğlu rəhbərlik edir.—03D06-
-
- Siyasət
- 7 Aprel 2020 12:11
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz