![RATİ AŞ-da Azərbaycandakı siyasi məhbuslar haqda dinləmələr keçirəcək](https://turan.az/resized/media/2020/main/012400024375-750-500-resize.webp)
RATİ AŞ-da Azərbaycandakı siyasi məhbuslar haqda dinləmələr keçirəcək
Bakı/23.01.20/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 27-də saat 13.00-da Strasburqda Avropa Sarayında “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbusların məsələsi” mövzusunda müzakirələr aparacaq.
RATİ-nin press-relizində deyilir ki, görüş zamanı və Azərbaycandakı mövcud vəziyyət barədə birbaşa təcrübəsi və hərtərəfli məlumatı olan bir qrup ekspert siyasi məhbus və vicdan məhbusları məsələsini müzakirə edəcək. Siyasi motivlərlə həbs edilən müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə xüsusi diqqət yetiriləcək.
Tədbirdə çıxış edəcəklər:
• Emin Hüseynov - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru və hüquq müdafiəçisi;
• Anna Rurka - Avropa Şurası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının prezidenti;
• Ştefan Şennax - AŞPA üzvü və Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi;
• Arif Məmmədov - keçmiş səfir və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri;
Sponsorlar:
• Tomas Hammerberq - İsveç, SOC
• Jak Mer - Fransa, ALDE - 0–
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz