RATİ qadın jurnalistlərə hücumları pisləyib
Bakı/25.04.19/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) ABŞ-da sürgündə yaşayan jurnalist Sevinc Osmanqızına olan çirkin hücumlara görə Azərbaycan hakimiyyətini qınayıb və qanunsuz telefon dinləmələri, jurnalistin şəxsi həyatına aid vizual materiallar vasitəsilə şantaj və çirkin təqib kampaniyasına son qoymağa çağırıb.
RATİ Azərbaycanın və ABŞ-ın hüquq-mühafizə orqanlarını jurnalistin susdurulmasına və korrupsiyaçıları tənqidinə son qoymağa yönələn cinayət əməllərinin dərhal araşdırılmasına çağırır.
RATİ jurnalistə qarşı hücuma hökumətyönlü KİV-lərin, o cümlədən Prezident Administrasiyasının nəzarətində olan və həyasızcasına Sevinc Osmanqızının Almaniyada sürgündə yaşayan digər jurnalist Çingiz Sultansoyla telefon danışığını efirə verən REAL TV-nin cəlb edilməsindən dərin təəssüf keçirir. Jurnalistlərin gündəlik yaradıcılıq planlarını müzakirə etdiyi və qanunsuz dinlənilən telefon danışığının audioyazısını efirə verərək telekanal bunu sürgündə olan jurnalistlərin alternativ kontent üçün qrant axtarışı kimi təqdim edir ki, bu da Azərbaycan cəmiyyətinə Qərb donorlarının pulları hesabına dövlət əleyhinə fəaliyyət kimi təqdim olunur.
Son iki-üç həftədə hakimiyyət müstəqil KİV və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aqressiv ritorikanı gücləndirib. Belə ki, sosial şəbəkələrdə "Obyektiv"TV-nin jurnalisti Fatimə Mövlanlının bir il əvvəl qanunsuz olaraq polis tərəfindən telefonundan götürülən şəxsi intim şəkilləri paylaşılıb. Uzun müddət jurnalisti fəaliyyətini dayandırmayacağı təqdirdə şəkillərinin İnternetdə yayılacağı ilə şantaj ediblər. Şantajın arzulanan nəticəni vermədiyini görəndən sonra hakimiyyət qaralama və ona qarşı nifrət kampaniyasını başlatmaq üçün jurnalistin şəkillərini yayıb.
RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib ki, bu, birinci hal deyil ki, Azərbaycanda qadın tənqidçiləri susdurmaq üçün gizli kamera, qanunsuz dinləmə, kompüter və smartfonlara müdaxilə vasitəsilə jurnalistlərin şəxsi həyatına müdaxilə edilir.
"Ən əyani təqib və şantaj kampaniyası 2012-ci ildə tanınmış jurnalist Xədicə İsmayılovaya qarşı olub. RATİ araşdıraraq müəyyən edib ki, jurnalistin şəxsi həyatının gizli çəkilişi bilavasitə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib. Xüsusi xidmət orqanlarının jurnalistə qarşı təqib və hədə-qorxu kampaniyasında birbaşa əlinin olmasının ciddi sübutlarına baxmayaraq, Azərbaycanın nə prokurorluğu, nə məhkəmələri bu çirkin cinayətin günahkarlarının məsuliyyətə cəlb edilməsinə yardım etmədilər", - E.Hüseynov bildirib.
Onun fikrincə, jurnalist Sevinc Osmanqızına qarşı analoji təqib və qorxutma kampaniyası başlayıb.
RATİ ABŞ hüquq-mühafizə orqanlarını sürgündə yaşayan jurnalistin müdafiəsini təmin etməyə, Almaniya və Azərbaycanın hüquq- mühafizə orqanlarını cəlb etməklə jurnalistlərin şəxsi informasiyasının qanunsuz toplanması faktı üzrə araşdırma aparmağa çağırır.
RATİ həmçinin ATƏT və Avropa Şurasını, bu quruma üzv ölkələri Azərbaycanın qadın jurnalistlərinə qarşı təqib, qorxutma və hədə kampaniyasına adekvat qiymət verməyə çağırır. -06D--
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz