Rəcəb Tayyip Ərdoğan yenidən Türkiyənin prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana edib
Bakı/10.07.18/Turan: "Dünən andiçmə mərasimini keçirdik, yeni hökumətin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım Ilham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik", - Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 10-da Azərbaycana səfəri zamanı bildirib. Xəbəri AzərTAC yayıb.
RT.Ərdoğan Türkiyə və Azərbaycan qardaşlığının günümüzə "bir millət, iki dövlət" anlayışı ilə gəldiyini bildirib.
Türkiyə prezidenti qardaşlıq mesajlarını azərbaycanlı qardaşlara ən güclü şəkildə çatdırmaq istədiyini deyib.
Səfər proqramına toxunan Türkiyə prezidenti Azərbaycan prezidenti Ilham Əliyevlə təkbətək görüşcəyini, sonra nümayəndə heyətləri arasında görüş olacağını, artdınca isə mətbuata açıqlama ilə qarşıdakı hədəfləri ifadə edəcəklərini vurğulayıb: "Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".
Xəbərdə deyilir ki, iyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidenlərinin təkbətək görüşü olub.
Təkbətək görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbərə görə, təkbətək görüşün ardınca işçi nahar çərçivəsində geniş tərkibdə görüş olub.
Xatırladaq ki, bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib, seçiçilərin 52% səsini toplayan R.T.Ərdoğan Türkiyə prezidenti seçilib və iyulun 10-da inauqurasiya mərasimi olub. Bu, R.T.Ərdoğanın seçkilərdən sonra ilk rəsmi səfəridir. -05D-
-
- İqtisadiyyat
- 10 İyul 2018 15:56
-
- Sual-cavab
- 10 İyul 2018 17:15
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz