RF XİN Lavrovun səfəri və Qarabağ nizamlanması haqqında
Moskva/02.12.19/Turan: 2-3 dekabr tarixlərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gələcək. Bakıda danışıqlar zamanı ikitərəfli əməkdaşlığın mühüm məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Beynəlxaq və regional problemlərlə, o cümlədən Dağlıq Qarabağ nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq. Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci il üçün Məsləhətləşmələr Planının imzalanması planlaşdırılır, bu barədə RF XİN-in şərhində deyilir.
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. DQ nizamlanması tərəflərinə yardım Rusiyanın xarici siyasət prioritetləri arasındadır, Rusiya prezidentinin diqqət mərkəzindədir. Münaqişənin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll edilə biləcəyinə əsaslanırıq. Bundan sonra da həm DQN üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərkibində, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlərimizi nəzərə alaraq, milli olaraq nizamlanma əldə olunmasına kömək edəcəyik", deyə şərhdə qeyd edilir. -02D-
-
- Cəmiyyət
- 2 Dekabr 2019 13:46
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz