Rüfət Səfərov sərbəst buraxılıb (YENİLƏNİB)
Bakı/18.04.20/Turan: Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov sərbəst buraxılıb.
Bu barədə onun özü məlumat verib. Səfərovun sözlərinə görə, onu axşam saatlarında evdən çıxanda mülki geyimli şəxslər saxlayıb. "İki nəfər yaxınlaşdı, qolumu burdular, otuzdurdular maşına. Əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin yanına gətirdilər. Orada təxminən 3 saat maşında saxladılar, hədə-qorxu etdilər. Sonra isə Binəqədi Rayon Polis İdarəsinə apaardılar. Orada mənə "xoşagəlməz çıxışları" dayandırmağı tələb etdilər, lakin hansı çıxışları nəzərdə tutduqları barədə heç nə demədilər. Daha sonra bildirdilər ki, bu mənə olan son xəbərdarlıqdır və sərbəst buraxdılar".
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələ ilə bağlı məlumatı yoxdur və məsələ araşdırılandan sonra sabah məlumat veriləcək.
* * *
2020 Fevral 18 (Çərşənbə axşamı) 22:26:02
Rüfət Səfərov saxlanıldığı bildirilir
Bakı/18.02.20/Turan: Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov fevralın 18-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.
Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə saat 17 radələrində baş verib və saxlanılmasından sonra oğlu ilə əlaqə saxlaya bilmir.
Məlumata görə, fevralın 16-da Rüfət Səfərovun yaşadığı evin qarşısında postlar qurulmuşdu.
Bəzi sosial şəbəkələrdə Səfərovun saxlanılmasının səbəbi kimi onun yazdığı statuslarla bağlı ola bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana məlumatı olmadığını bildirdi.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
-
- Cəmiyyət
- 18 Fevral 2020 19:38
-
- İqtisadiyyat
- 19 Fevral 2020 10:23
Siyasət
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz