![Rusiyada �böyük güc� ovqatı maksimum həddə çatıb](https://turan.az/resized/media/2017/main/122100006396-750-500-resize.webp)
Rusiyada �böyük güc� ovqatı maksimum həddə çatıb
Moskva/21.12.17/Turan: Rus xalqının dünya tarixində xüsusi əhəmiyyətə malik olduğuna əmin olan rusların sayı bütün araşdırmalar dövründə maksimum həddə çatıb - respondentlərin 64% -i belə düşünür, Levada Mərkəzi bildirib. Rusların da digər xalqlar kimi olduğunu düşünənlər isə 32%-dir.
1992-ci ildə rusların dünya tarixində xüsusi rolundan respondentlərin 13% -i danışıb. Rusiyanın böyük güc olduğunu hesab edənlərin sayı maksimuma çatıb - 72% (bir il əvvəl 64% olub).
Rəyi soruşulanların 83% -i Rusiyada yaşamasından fəxr edir, 67% isə ölkənin özü ilə fəxr edir.
Levada Mərkəzinin sosioloqu Karina Pipiya hesab edir ki, belə nəticələr "Krım sonrası səfərbərliyin əks-sədasıdır", baxmayaraq ki, bir çox hallarda "düşmənlərlə mübarizə"nin aktiv mərhələsi artıq keçib.
Onun sözlərinə görə, "böyük güc ovqatı"nın artmasına son üç ildə Qərb ölkələrinin düşmənlər ətrafında ictimai rəyi birləşdirən "ədalətsiz", "antirusiya" siyasətinə reaksiya kimi baxmaq lazımdır.
Böyük güc olmaq ovqatı yox olmur, çünki bu 1990-cı illərin ortalarında yaranıb, - politoloq Aleksey Makarkin qeyd edib.
"Sovet İttifaqının dağılmasından sonra adamların çoxu bunun müvəqqəti olduğuna inanırdı, amma birdən-birə məlum oldu ki, ölkələrdən heç biri "geri qayıtmaq" niyyətində deyil.
Bu, Rusiyanın beynəlxalq rolunun azalmasına, iqtisadi böhrana, sabahkı günə etimadsızlığa səbəb oldu. Bütün bunlar böyük gələcəyə dair arzularla kompensasiya olunurdu. Krımdan sonra bu hisslər möhkəmləndi. Hətta etirazlar, hakimiyyətə iradlar artsa belə imperiya ovqatı davam edəcək, ekspert düşünür.-02D-
-
- İqtisadiyyat
- 21 Dekabr 2017 16:08
-
- Maliyyə
- 21 Dekabr 2017 17:21
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz