![Rusiyalı deputatlar: �Rusiya Xocalı soyqırımını tanımalıdır�](https://turan.az/resized/media/2019/main/022600017035-750-500-resize.webp)
Rusiyalı deputatlar: �Rusiya Xocalı soyqırımını tanımalıdır�
Bakı/26.02.19/Turan: Rusiya Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır. Bu fikri bu gün Bakıda keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının nümayəndələri söyləyiblər.
Dövlət Dumasının Təhlükəsizlik komitəsi sədrinin birinci müavini Dmitrli Savelyev hesab edir ki, Rusiyada Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır.
"Xocalı faciəsi şübhəsiz ki, dəhşətli hadisədir. Qadınlar, uşaqlar, qocalar həlak olublar. Uşaqlar ölüblərsə, deməli, onların da uşaqları və onların uşaqlarının da uşaqları ölüblər. Bu, o deməkdir ki, Azərbaycanın gələcəyinin bir hissəsi məhv edilib", - Savelyev vurğulayıb.
"Azərbaycan xalqına qarşı bu dəhşətli qırğının Rusiyada tanınması üçün fəal iş aparmaq lazımdır. Lentlərə baxarkən istər-istəməz gözlər yaşla dolur. Biz hamımız bunu öz şəxsi faciəmiz kimi qəbul edirik. Bu dəhşətin Azərbayan xalqının soyqırımı kimi tanınması üçün hamımız işləməliyik", - Savelyev deyib.
"Mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi insanlığa qarşı cinayətdir. Bu qətl uzaq keçmişdə baş verməyib və onun törədilməsində günahkar olanların barəsində beynəlxalq axtarış elan olunmalı və onlar öz layiqli cəzasını almalıdır", - "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib. "Xocalıdakı qətl mühasirəyə alınmış şəhəri tərk etmək istəyən hər kəsin qətl edilməsidir. Burada soyqırımın bütün əlamətləri var", - o əlavə edib.
"Heç bir şey ilə müqayisə olunmaz ağrı və faciə", - Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina belə hesab edir.
Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini İrina Rodnina bildirib ki, rusiyalıların çoxu Xocalı qırğını haqda bilmir.
"Rusiyalıların 99%-i Xocalı faciəsi haqda heç bir şey bilmir. Xocalı haqda filmlər şəkmək, kitablar buraxmaq lazımdır", - İ.Rodnina deyib. O, özü də bu faciə barədə bir il yarım öncə bilib. "Bəli, bu, ağrıdır. Ermənilər hücum ediblər, çox problemlər olub. Sovet İttifaqının süqutundan sonra hər ölkənin öz faciəsi var və bunu unutmaq olmaz", - o deyib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu cinayətlərə görə məsuliyyət məsələsinə toxunub.
"Niyə indiyədək Rusiyada Xocalı faciəsinə qiymət verilməyib? Ermənilərin maraqlarını müdafiə edən bəzi ictimai xadimlər Sumqayıt hadisələrinin soyqırım kimi tanınmasına tərəfdardır, digərləri Xocalı faciəsinin soyqırım kimi tanınmasını istəyir", - S.Markov vurğulayıb.-02D-
-
- İqtisadiyyat
- 26 Fevral 2019 14:52
-
- Cəmiyyət
- 26 Fevral 2019 15:54
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz