![Rusiyalı deputatlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak edirlər](https://turan.az/resized/media/2019/main/022600017027-750-500-resize.webp)
Rusiyalı deputatlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak edirlər
Bakı/26.02.19/Turan: RF Dövlət Dumasının deputatlarından ibarət böyük bir qrup fevralın 26-da Bakıda Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş ümumxalq yürüşündə iştirak edib.
Yürüş iştirakçıları arasında Dövlət Dumasının beynəlxlaq məsələlər komitəsinin sədr müavini İrina Rodnina, Dövlət Dumasının iqtisadi siyasət komitəsinin üzvü Aleksey Juravlev, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsinin sədr müavini Mixail Yemelyanov, ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Oksana Puşkina, sağlamlığın qorunması komitəsinin üzvü Tatyana Tsıbizova, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Dmitri Savalyev və deputat Denis Parfenov var idi
Bundan başqa, yürüşdə region üzrə Rusiya ekspertləri - İqor Korotçenko, Aleksandr Şatilov, Aleksandr Rusnak, Sergey Markov, Darya Qrevtsova, Aleksey Bıçkov və digərləri iştirak ediblər.
Dünən Dövlət Dumasının deputatları və Rusiyalı ekspertlər AzTV-yə müsahibə veriblər, Xocalı faciəsi mövzusuna toxunublar.
Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelinin Turan-ın müxbirinə verdiyi məlumata görə, RF nümayəndə heyəti ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı, ortaq bu günün inkişafı mövzusuna Rusiya-Azərbaycan konfransında iştirak edib.
Zabelinin sözlərinə görə, konfrans Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində keçirilib, konfransda bu hadisələr, ümumilikdə Qarabağ münaqişəsi, işğal edilmiş ərazilərin azad edilməsi zərurəti də müzakirə olunub. -06D--
-
- Maliyyə
- 26 Fevral 2019 12:52
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz