
Bakı/23.04.19/Turan: Almaniya Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz sayır. Bu barədə AFR-in Azərbaycandakı səfiri Mixael Kindsqrab bugünkü mətbuat konfrasında bildirib.
"Odur ki, biz münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlara çağırırıq və ATƏT-in Minsk Qrupunun, ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin bu yöndə səylərini dəstəkləyirik", - o deyib.
"Biz ATƏT-in Minsk Qrupu çərçivəsində bütün prosesləri, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin, həmçinin iki ölkə xarici işlər nazirlərinin görüşlərini diqqətlə izləyirik", - səfir bildirib.
O, ümidvar olduğunu bildirib ki, bu proses çərçivəsində konkret nəticələrə nail olunacaq.-06D--
Rəy yaz