Səfir Riçard Kozlariç Əli Həsənovu qarayaxma kampaniyasında ittiham edib
Bakı/08.04.18/Turan: ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu ona qarşı qarayaxma kampaniyasının təşkilində ittiham edib.
"Beş il öncə siz hökumətin nəzarətində olan KİV-lərdə yalan xəbərlərdən istifadə etməklə şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz", - R.Kozlariç Tvitterdə yazıb.
Səfirin bu şərhi Ə.Həsənovun bəyanatından sonra səslənib. Belə ki, aprelin 7-də Ə.Həsənov İnternetdə təhqir kampaniyasını təşkil etməməsi ilə bağlı özünə bəraət qazandırmağa çalışıb.
Son vaxtlar Azərbaycanda və xaricdə adamların çoxu Ə.Həsənovu kütləvi informasiya vasitələrində təhqiramiz, nalayiq polemikanın təşkilində və sövq edilməsində ittiham edirlər.-0-
-
- Söz istəyirəm
- 8 Aprel 2018 19:49
-
- İqtisadiyyat
- 9 Aprel 2018 11:38
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz