Senator Durbin Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb edir
Amerika senatoru Riçard Durbin bir daha Azərbaycan hakimiyyətini uzunmüddətli həbs cəzası təhlükəsi ilə üz-üzə olan altı siyasi məhbusu azad etməyə çağırıb. “Hakimiyyətin tərəqqi haqqında iddialarına baxmayaraq, Anar Məmmədli, Leyla və Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və Xədicə İsmayılova həbsdədir”, deyə Durbin avqustun 31-də Twitter-dəki mikrobloqunda yazıb, xəbəri Turan-ın müxbiri verib.
“Azərbaycan insan hüquqlarına ciddi yanaşırsa, siyasi məhbusları azad etməyin və fundamental hüquqlara hörmət etməyin tam zamanıdır”, deyə senator Milli Məclis üzvü Elxan Süleymanovun məktubuna cavabda yazıb.
Bir müddət əvvəl, Amerika qanunvericiləri İlham Əliyevə vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın təqibinə son qoyulmasını tələb edən məktub göndərdikdən sonra bu deputat 16 Amerika senatorunu Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham etmişdi. -21В-
-
- Siyasət
- 31 İyul 2015 20:06
-
- Söz istəyirəm
- 1 Avqust 2015 12:09
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz