Senator Marko Rubio Mehman Hüseynovu dərhal azad etməyə çağırıb
Bakı/05.01.19/Turan: Amerika senatoru Marko Rubio rəsmi Bakını bloger Mehman Hüseynovu dərhal azad etməyə çağırıb. "Azərbaycanlı bloger saxta ittihamla həbsdə saxlanılır. Hazırda o, başladığı aclıq aksiyası ilə əlaqədar kritik vəziyyətdədir. Azərbaycan hökuməti onu dərhal azad etməlidir", deyə senator Tvitterdəki bloqunda yazıb.
Xatırladaq ki, Hüseynov polisə böhtan atmaq ittihamı ilə iki illik həbs cəzası çəkdiyi cəzaçəkmə müəssisəsində guya nəzarətçiyə müqavimət göstərmək haqqında açılmış yeni işlə əlaqədar 10 gündür aclıq aksiyasını davam etdirir. -16D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz