Sərhəd Qoşunlarının komandanı Qazaxda Ermənistanla sərhəd bölgəsində olub
Bakı/27.03.19/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene¬ral-polkovnik Elçin Quliyev Qazax rayonunda Ermənistanla sərhəd bölgəsinə səfər edib. Rəsmi məlumata görə, səfərin məqsədi "Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətinin yoxlanılması" olub.
Səfər zamanı Quliyev əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlələ tanış olub. Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verib. Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib. Bu barədə ölkənin Sərhəd Xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, dünən Ermənistan tərəfi sözügedən bölgədə Azərbaycan SQ-nin Ermənistanın Berdavan kəndi yaxınlığında mühəndis işləri həyata keçirməyə çalışdıqlarını bildirib. Bu, atışmaya səbəb olub.
Elə həmin ərazidə iki həftə əvvəl Qazax sakini Elnur İbrahimov indiyədək müəyyən edilməmiş şəraitdə Ermənistan tərəfə keçib, yaralanıb və əsir götürülüb. -02D-
-
- Bazarların icmalı
- 27 Mart 2019 13:56
-
- Cəmiyyət
- 27 Mart 2019 15:19
Siyasət
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
Rəy yaz