Sərhəd Xidməti yeni gözətçi gəmisi alıb
Bakı/24.01.19/Turan: Cümə günü "Tufan" S-206 yeni sərhəd gözətçi gəmisi Xəzərdə xidməti-döyüş fəaliyyətinə başlayıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Yeni gəmi müasir naviqasiya və radiotexniki avadanlıqlarla təchiz edilib. Gəminin bortunda raket və raket əleyhinə komplekslər, gecəgörmə sistemi və hidroakustik qurğu quraşdırılıb.
Gözətçi gəmisinin uzunluğu 62 metrdir, sürətli katerlər və vertolyot meydançası ilə təchiz edilib.
Yeni gəmi sərhəd sularında dövlət sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz infrastrukturunun mühafizəsinin təminatı funksiyasını yerinə yetirəcək.
Yeni gəmi Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib. -02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz