Логотип организации
"Sərhədsiz Reportyorlar" Merkeli Azərbaycanda jurnalistləri azad etməyi tələb etməyə çağırıblar
Bakı/23.08.18/Turan: "Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Almaniya kansleri Angela Merkeli jurnalistlərin Azərbaycan prezidenti ilə söhbətdə jurnalistlərin azad edilməsini tələb etməyə, habelə ölkədə söz azadlığı məsələsini qaldırmağa çağırıb.
"Azərbaycan ən çox sayda media işçisinin həbsdə olduğu ölkələrə aiddir, indi orada səkkiz jurnalist və iki bloger öz işinə görə həbsdədir", deyə "Sərhədsiz Reportyorlar" avqustun 22-də bildirib.
Avqustun 24-də Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri başlayacaq. Onun Bakıda Azərbaycan prezidenti Əliyevlə avqustun 25-də görüşəcəyi gözlənilir.
Azərbaycan "Sərhədsiz Reportyorlar"ın sonuncu mətbuat azadlığı reytinqində 180 yerdən 163-cü yeri tutub. -02D-
Siyasət
-
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 10 faiz artırılması haqqında fərman imzalayıb.
-
Bazar ertəsi prezident İlham Əliev Sloveniyanın Azərbaycanda yeni səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
-
AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 302
-
- Cəmiyyət,
- 14:38
- 351
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz