Seyran Ohanyana 1 mart 2008-ci il mitinqində güllələmə işi üzrə ittiham irəli sürülüb
Yerevan/11.01.19/Turan: Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana ittiham irəli sürülüb. NEWS.am-ın məlumatına görə, Ohanyana "1 mart" işi çərçivəsində ittiham irəli sürülüb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb.
Ermənistanın xüsusi istintaq xidməti bu məlumatı şərh etmir.
2008-ci il martın 1-də Yerevanda etiraz aksiyasının dağıdılması zamanı qoşunlar silahdan istifadə edərək, 10 nəfəri öldürüb.
Qeyd edək ki, Seyran Ohanyan Azərbaycanda da 1992-ci ilin fevralında erməni silahlı birləşmələrinin Dağlıq Qarabağda Xocalı şəhərini ələ keçirdiyi və 600-dən çox dinc azərbaycanlını qətlə yetirdiyi Xocalı soyqırımının təşkilatçılarından biri kimi ittiham edilir. -02D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz