Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib
Bakı/30.01.20/Turan: Bu gün Strasburqda Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər iştirak ediblər.
Aksiyada çıxış edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov AŞPA üzvlərini Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmasına çağırıb. Sənəd assambleyanın bugünkü iclasında müzakirə olunacaq.
O, Azərbaycan rəhbərliyindən bütün siyasi məhbusların azad olunmasını tələb edib.
E.Hüseynov Avropa Şurası ölkələrini siyasi məhbus problemini “birdəfəlik” həll etmək üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
Bu gün AŞPA məruzəçisi Sunna Evarsdottirin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı müzakirə olunacaq. Sənəddə qeyd olunur ki, Azərbaycanda siyasi məhbuslar problemi sistematik xarakter alıb. Həmçinin bəzi fəalların işləri ilə bağlı AİHM qərarlarının icra olummadığı göstərilir. Qətnamə layihəsində ölkənin AŞ qarşısında öhdəliklərinə tam əməl etməsi və insan hüquqlarına hörmətlə yanaşması ilə bağlı təkidli tövsiyələr var.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda siyasi məhbusların sayı 120-dən 160 nəfərə qədərdir.–06/16D--
-
- İqtisadiyyat
- 30 Yanvar 2020 13:00
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 233
-
- Bazarların icmalı,
- 14:22
- 210
Rəy yaz