Sunna Evarsdottir: “Siyasi məhbuslar haqqında hesabat Azərbaycan hakimiyyətinə ciddi siqnaldır”
Strasburq/30.01.20/Turan: AŞPA sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul edilməsi rəsmi Bakıya siyasi həbsləri dayandırması, siyasi məhbusları azad etməsi və Avropa Şurası qarşısında öhdəliklərinə əməl etməsi üçün siqnaldır. Bu barədə hesabatın müəllifi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir Turan-nın müxbirinə məlumat verib.
"AŞPA açıq və birmənalı şəkildə bəyan edib ki, təşkilat üzvü olan ölkədə siyasi məhbusların olmasını məqbul hesab etmir”, - o qeyd edib.
Bundan əlavə, Bakı Avropa İnsan Hüquqları Məhkəməsinin uzun müddətdir məhəl qoymadığı qərarlarına əməl etməlidir.
“Bundan sonra biz Azərbaycan hakimiyyətinin hərəkətlərini izləyəcəyik və mən hakimiyyətin hərəkətləri barədə AŞPA-ya hesabat verəcəyəm”, - o deyib və əlavə edib ki, qarşıdakı parlament seçkiləri zamanı Bakıya gələ bilər.
Məruzəçi qeyri-obyektiv və Azərbaycana mənfi münasibətinin olması barədə Bakının mövqeyini qəbul etməyib: “Hesabatda əks olunanların hamısı real faktlardır və bunları yoxlamaq çətin deyil”. -16B-
-
- Cəmiyyət
- 30 Yanvar 2020 17:44
-
- Böyük Şərq
- 30 Yanvar 2020 18:37
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz