Tofiq Yaqublunun hüquqlarını İctimai Müdafiə Komitəsi yaradılıb
Bakı/23.03.20/Turan: Martın 23-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun hüquqlarını İctimai Müdafiə Komitəsi yaraıdlıb.
Bu barədə Müsavat Partiyası mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Müsavat başqanın müavini Fərəc Kərimli Müdafiə Komitəsinin sədri, Müsavat Partiyasının funksionerləri Gülağa Aslanlı, Nemət Kərimli, Səxavət Soltanlı, Osman Kazımov, Mustafa Hacıbəylli, Könül Alı və Elman Quliyev komitənin üzvləridir.
“Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Yaqubluya qarşı irəli sürülən ittihamın tam uydurma olduğunu bildirməklə yanaşı onun dərhal azadlığa buraxəlmasını tələb edirik,” Müdafiə Komitəsinin bəyanatında deyilir. -0-
Siyasət
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
Rəy yaz