
Tofiq Yaqublu
"Ata indicə zəng etdi. Ona qarşı cinayət işi açırlar. "Zor tətbiq etdiyinə görə". Saxta ittiham irəli sürülüb", - Nigar Həzi facebook səhifəsində yazlb.
***
Bakı/22.03.20/Turan: Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun qızı Nigar Həzi bildirib ki, müxalifətçi “8 km” bazarının yaxınlığında şəxsi avtomobilində park edilmiş vəziyyətdə olub. Həmin anda başqa bir avtomobil onun maşınını vurub. Avtomobildən çıxan adamlar T.Yaqubluya hücum ediblər. Ancaq polis T.Yaqublunu saxlayıb.
Saat 20.30-a yaxın Nizami Rayon Polis İdarəsindən N.Həziyə bildiriblər ki, “istintaq gedir”.
“Polis əməkdaşının verdiyi məlumata görə, istintaq aparılır. İşi müstəntiq Ramil Əliyev aparır. Polis əməkda
şının sözlərindən başa düşdüm ki, atamın maşınını vuran ər-arvad ondan şikayət ediblər. Bu, təxribatdır. Guya atam maşından çıxaraq onlarla dalaşıb, bədən xəsarəti yetirib, - N.Həzi bildirib.
O, atasının səhhətilə bağlı narahatlığını bildirib. “Ötən ilin oktyabrında həbs olunduqdan sonra atamın səhhətində ciddi problemlər yarandı. Müalicə aldı və infeksiyanın yayıldığı bir zamanda həbs olunması onun sağlamlığı üçün ciddi təhlükə yaradır”, - N.Həzi deyib.06D-
Rəy yaz