Türkiyə baş nazirinin gözlənilməyən istefası
Türkiyə baş naziri Ahmet Davutoğlu tezliklə hökumət rəhbəri və hakim Ədalət və İnkişaf Partiyasının lideri vəzifəsini tərk edəcəyini bildirib. O deyib ki, mayın 22-də keçiriləcək növbədənkənar qurultayda partiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürməyəcək.
Cümə axşamı partiyanın qərargah-mənzilində keçirilən mətbuat konfransında Davutoğlu bildirib ki, ölkə prezidenti Recep Tayyip Erdoğanla məsləhətləşmələrdən sonra səlahiyyətlərindən imtina etməyi qərara alıb. Davutoğlunun sözlərinə görə, “partiyanın birliyini qoruyub saxlamaq üçün rəhbərlik dinc yolla dəyişməlidir”.
Bu zaman Davutoğlu bildirib ki, istefa qərarı “seçim deyil, zərurəti idi”. Bununla belə, o, prezident Erdoğanla əməkdaşlığı davam etdirməyə ümid edir.
“Məndə nə uğursuzluq, nə də bu qərarla bağlı təəssüf hissi yoxdur”, deyə Hurriyet Daily News baş nazirdən sitat gətirir.
Davutoğlunun bəhs etdiyi Erdoğanla görüş dünən, mayın 4-də baş tutub və iki saata yaxın davam edib. “Prezident və baş nazir qurultay haqqında razılığa gəliblər. Davutoğlunun yenidən namizəd olacağını düşünmürəm”, deyə hakim partiyadakı mənbə Reutersə bildirib.
Erdoğan və Davutoğlu bir neçə həftə ərzində dəfələrlə açıq şəkildə münasibətlərində gərginlik nümayiş etdirdikdən sonra görüşüblər. Davutoğlu 2014-cü ildə Türkiyənin baş naziri olub. Ondan sonra bu vəzifəni kimin tutacağı bildirilmir.
Təsdiq edilməmiş məlumatlara əsasən, Erdoğan və Davutoğlu arasında fikir ayrılıqlarına Aİ və Türkiyə arasındakı münasibətlər səbəb olub. Bəzi məlumatlara görə, Davutoğlu Erdoğanın Brüsselə qarşı sərt mövqeyini dəstəkləmirdi. -02D-
-
- Siyasət
- 5 May 2016 18:27
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz