![Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir](https://turan.az/resized/media/2016/main/050600155194-750-500-resize.webp)
Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir
Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi öz müttəfiqlərini Varşavada keçiriləcək NATO sammitində (8-9 iyul) Gürcüstanın Alyansa inteqrasiya cəhdlərini dəstəkləməyə çağırıb, “Anadolu” agentliyi bildirib.
Bəyanatda Türkiyə və Gürcüstan arasında “strateji xarakter daşıyan münasibətlər”in yüksək səviyyəsi qeyd olunur. Həmçinin sənəddə Avroatlantika regionunda təhlükəsizliyin möhkəmləndirilməsi işində NATO-nun “açıq qapılar” siyasətinə toxunulur.
“Ölkənin öz iradəsi və “açıq qapılar” siyasətinə uyğun olaraq NATO-ya daxil olmaq cəhdləri üçüncü tərəf üçün heç bir təhlükə və risk doğurmur”, - bəyanatda deyilir.
Türkiyəli deputatlar demokratik dəyərlərin irəliləməsi kontekstində Avroatlantika regionunda sabitlik və təhlükəsizlik məsələsində Gürcüstanın əhəmiyyətinə diqqət yetirirlər.
“Komitə Gürcüstanın müstəqilliyini, suverenliyini, beynəlxalq birlik tərəfindən qəbul edilmiş sərhədlərini və ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin Komitə Uels sammitində qəbul olunmuş “NATO-Gürcüstan” razılaşmasının reallaşması üzrə Gürcüstanın gözləntilərinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsinə yardım göstərməyə hazırdır”, - sənəddə bildirilir.-02D-
-
- Siyasət
- 6 May 2016 13:56
-
- İqtisadiyyat
- 6 May 2016 14:17
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz