Türkiyədə kütləvi həbslər və işdən çıxarılmalar
Türkiyə hakimiyyəti 8 min polis işçisini tutduğu vəzifədən kənarlaşdırıb, Reuters bildirib. Polislər hərbi çevrilişə cəhdlə əlaqədar çıxarılıblar.
Bundan öncə bu səbəbdən Türkiyə hakim və prokurorların Ali Şurası 2745 hakimin işdən kənarlaşdıırldığı bildirib. Sonradan onların saxlanması barədə əmr verilib. Bununla yanaşı ölkədə ali inzibati məhkəmənin on nümayəndəsi həbs olunub. Ali Məhkəmənin daha 140 nümayəndəsi is axtarışa verilib.
Ölkə hakimiyyəti dövlət çevrilişinə cəhddə bağlılıqda şübhəli bilinən 6 min hərbçinin saxlandığını bildirib. Onların arasında 70-dən çox general və admiral, o cümlədən Türkiyə HHQ-nin keçmiş komandanı Akın Öztürk də var.
İyulun 16-na keçən gecə qiyamçılar Ankarada Baş Qərargahın binasını tutublar və İstanbulda Bosfor üzərində iki körpünü blokadaya alıblar. Son məlumatlara görə, toqquşmalarda 290 nəfər həlak olub, 1400 nəfər xəsarət alıb.
İyulun 17-də Ankara bütün ölkə ərazisində hakimiyyətin nəzarəti bərpa etdiyini bildirib.
Bu fonda Türkiyədə ümumi isteriya davam edir ki, bu da daha çox dini çalar alır. Demokratiya uğrunda şüarlar altında islamçılar hərbçiləri ələ salır, ordunu təhqir edir. Sosial şəbəkələrdə həbs zamanı generalların və zabitlərin döyülməsi, alçaldılması, onlara divan tutulması faktları yer alıb.
Yerli mənbələrin məlumatına görə, bütün bu ağzınlıqda təkcə dini radikallar yox, vaxtilə Ərdoğanın sığınacaq və Türkiyə vətəndaşlığı verdiyi Suriya qaçqınları da fəal rol oynayır.-02D-
Siyasət
-
Azərbaycan islahatların həyata keçirilməsi zamanı Avropa Şurasının dəstəyindən faydalanıb və Strasburq bunu etmək üçün Azərbaycanı təşviq etməyə davam etmək. Bu barədə yanvarın 29-da Lüksemburqun baş naziri Lyük Friden Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edərkən bildirib.
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
Rəy yaz