
Türkmənistan parlament nümayəndə heyəti Bakıya gələcək
Bakı/02.11.19/Turan: Noyabrın birinci dekadasında Türkmənistan parlament nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır. Səfər Azərbaycan tərəfinin dəvətilə baş tutacaq. Bu barədə Türkmənistanın dövlət xəbərlər agentliyi məlumat yayıb.
Səfər çərçivəsində qanunvericilik və parlamentlərarası əməkdaşlığın inkişafı sahəsində təcrübə mübadiləsi üçün bəzi tədbirlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Milli Məclisin sədri ilə görüş, ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq gözlənilir.02D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz