Açiq mənbələrdən foto.
Ukraynalıların filtrasiya düşərgələri "dəhşətlidir" - Dövlət Departamenti
Vaşinqton/08.09.22/Turan: Çərşənbə günü Vaşinqton Kremlin yüksək vəzifəli məmurlarının Rusiya qüvvələrinə həbsdə saxlanılacaq və deportasiya olunacaq ukraynalı mülki şəxslərin siyahılarını göndərdiyini bildirib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Burada Putin administrasiyasının üzvlərinin əli var, onlar rusların Ukraynalılar üçün qurduğu filtrasiya düşərgələrinə nəzarət edir və onları əlaqələndirir.
"Bizə məlumdur ki, Rusiya Prezident Administrasiyasının nümayəndələri filtrasiya olunacaq ukraynalıların siyahılarını təqdim edirlər və əməliyyatların miqyası və gedişatı haqqında hesabat alırlar", deyə çərşənbə günü Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.
"ABŞ hökuməti təxmin olunan filtrasiya yerlərinin xəritələrini və filtrasiyanın informasiya dəstəyinin necə həyata keçirildiyi haqqında məlumatları əldə edib. Buraya onlayn məlumat bazaları, biometrik məlumatların yığılması üçün avadanlıq, üz tanıma texnologiyası, Ukrayna mobil telefonlarının izlənməsi daxildir", deyə Patel bildirib.
Dövlət Departamentinin qiymətləndirmələrinə görə, Moskva hazırda Ukraynanın şərqində və cənubunda nəzarət etdiyi ərazilərə təsirini qoruyub saxlamaq üçün filtrasiya şəbəkəsini "çox vacib" hesab edir.
"Biz Rusiyanın filtrasiya əməliyyatına dərhal son qoymasını və BMT-yə, müstəqil müşahidəçilərə, humanitar və hüquq müdafiə təşkilatlarına həmin filtrasiya yerlərinə çıxış verməsini tələb edirik", deyə Patel əlavə edib.
Filtrasiya sistemi Kremlin "Moskvanın fikrincə, onların Ukraynaya nəzarəti üçün potensial təhlükə təşkil edən Ukrayna vətəndaşlarını aradan qaldırmaq məqsədilə başlatdığı geniş miqyaslı kampaniyadır", deyə Patel qeyd edib.
Vaşinqton hesab edir ki, Rusiya hakimiyyəti bu günə qədər 900 000-dən 1,6 milyona qədər Ukrayna vətəndaşını zorla öz evlərindən Rusiyaya deport edib.
"Bizdə uşaqlar da daxil olmaqla, minlərlə Ukrayna vətəndaşının dindirildiyi və zorla deport edildiyi haqqında dəlillər var", deyə çərşənbə günü ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib və Rusiyanın filtrasiya əməliyyatlarını "dəhşətli" adlandırıb. 0
-
- Maliyyə
- 8 Sentyabr 2022 11:06
-
- Böyük Şərq
- 8 Sentyabr 2022 11:24
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz