Photo: © MFA
V4 xarici işlər nazirləri “Şərq Tərəfdaşlığı”nın gələcəyini müzakirə ediblər
Bakı/09.04.20/Turan: Vişeqrad Qrupu (V4) ölkələrinin xarici işlər nazirləri aprelin 8-də V4 və “Şərq Tərəfdaşlığı” ilə videokonfrans keçiriblər. Bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Əsas mövzu iyun sammiti öncəsi “Şərq Tərəfdaşlığı”nın gələcəyi olub. Sammitdə Aİ-nin Qonşuluq siyasətinin yeni konsepsiyasının təsdiqlənməsi gözlənilir.
Nazirlər “Şərq Tərəfdaşlığı”na güclü və iddialı bir siyasət kimi baxdıqlarını təsdiqləyən ortaq bir bəyanat qəbul ediblər və buna fəal dəstək verməyə hazır olduqlarını bildiriblər.
XİN rəhbərləri Aİ və onun vahid bazarına inteqrasiya etməkdə maraqlı olan tərəfdaş ölkələrin istəklərini dəstəkləyəcəkləri barədə razılığa gəldilər. Eyni zamanda onlar demokratik prinsiplərin və qanunun aliliyinin vacib əhəmiyyətini vurğulayıblar və “ŞərqTərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyətinə dəstək olduqlarını bildiriblər. Nazirlər “Şərq Tərəfdaşlığı” ölkələri ilə transformasiya təcrübələrini bölüşməyə davam etməyə hazır olduqlarını təsdiqlədilər.
Xarici işlər naziri Tomaş Petrjiçek COVID-19 pandemiyası kontekstində “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım etmək üçün növbədənkənar V4 “Şərq Həmrəyliyi Proqramı”nın başlamasını təklif edib. Yeni V4 “Şərq Həmrəyliyi Proqramı” Beynəlxalq Vişeqrad Fondu çərçivəsində 250000 avroya qədər yardım etməlidir və bu, COVID-19 pandemiyasının təsirinə məruz qalan “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaşların aztəminatlı qruplarının sağlamlığının, sosial, iqtisadi dayanıqlığının praktiki möhkəmləndirilməsinə sərf olunacaq. Proqram tərəfdaşların ehtiyaclarına uyğunlaşdırılacaq. Nazirlər bu təklifi dəstəkləyiblər.
“Şərq Tərəfdaşlığı” Aİ üçün strateji əhəmiyyətə malikdir və buna görə də Aİ-nin xarici əlaqələri kontekstində prioritet mövzulardan biridir”, - nazir Petrjiçek bildirib.
V4-ə Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir. Dördlüyün əsas əməkdaşlığı bütün səviyyələrdə- yüksək səviyyədə siyasi görüşlərdən tutmuş ekspert və diplomatik görüşlərə qədər, regionda qeyri-hökumət assosiasiyalarının, analitik mərkəzlərin və tədqiqat orqanlarının, mədəniyyət müəssisələrinin fəaliyyətinə qədər qarşılıqlı əlaqəni əhatə edir.--0--
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz