Валентина Матвиенко
Valentina Matvienko Bakıda Rusiya Mədəniyyəti Günlərini açacaq
Moskva/11.04.19/Turan: Palata sədri Valentina Matvienkonun başçılıq etdiyi Rusiya Federasiyası Şurasının nümayəndə heyəti aprelin 11-də Azərbaycana iki günlük rəsmi səfərə gəlir. Bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla danışıqlar aparılacaq. İkitərəfli əməkdaşlığın perspektivləri, parlamentlərarası münasibətlər məsələləri müzakirə olunacaq, deyə məlumatda bildirilir.
"Ölkələrimiz ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi, onların keyfiyyətinin artırılması işində böyük yol qət etməyə, dostluq və yaxşı qonşuluq ənənələrini qoruyub saxlamağa və çoxaltmağa müvəffəq olub", deyə Valentina Matvienko bildirib.
O, səfər çərçivəsində Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində çıxış edəcək, paytaxtın mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcək.
Rusiya nümayəndə heyətinin tərkibinə FŞ vitse-spikeri, iki ölkə parlamenti arasında əməldaşlıq üzrə Parlamentlərarası Komissiyanın sədri İlyas Umaxanov, FŞ-nin vitse-spikeri Andrey Turçak, Həştərxan və Dağıstanın regional parlamentlərinin senatorları və sədrləri daxildir. -02D-
-
- Siyasət
- 11 Aprel 2019 12:08
-
- İqtisadiyyat
- 11 Aprel 2019 12:39
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz