Açiq mənbələrdən foto.
Vaşinqtonda ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü keçiriləcək /YENİLƏNİB/
Blinken-Mirzoyan-Bayramov görüşü gecə saat 1-də başlayacaq
TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramovla Vaşinqtonda görüşü yerli vaxtla saat 16:00-da başlayacaq.
Bu, Bakı vaxtı ilə saat 1 deməkdir. -0-
* * *
2022 Noyabr 07 (Bazar ertəsi) 09:40:42
Vaşinqtonda ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü keçiriləcək
Bakı/07.11.22/Turan: Noyabrın 7-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov noyabrın 6-da Vaşinqtona səfərə gedib.
Ermənitan tərəfi də Ararat Mirzoyanın ABŞ-a səfər etdiyini təsdiq edib.
Xatırladaq ki, bu görüşün keçirilməsi təşəbbüsü Blinkenə aiddir.
Vaşinqtondakı diplomatik mənbələr görüşün yekunlarına dair hər hansı sənədin imzalanması ehtimalı ilə bağlı şərh vermirlər.
Dövlət Departamentinin nümayəndələri dəfələrlə ABŞ-ın Bakını və Yerevanı münaqişənin dinc həlli yolunu tapmağa çağırdığını və bu səylərə hər cür dəstək verməyə hazır olduğunu bəyan ediblər.
Bir sıra ekspertlərin fikrincə, ABŞ bu məsələdə təşəbbüsü Rusiyaya vermək niyyətində deyil. 06B
-
- Cəmiyyət
- 7 Noyabr 2022 19:59
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:30
- 286
Rəy yaz