Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası
Vaşinqton/19.01.19/Turan: Bir qrup nümayişçi cümə günü Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirərək, korrupsiyanı ifşa edən bloger Mehman Hüseynovu azad etməyi tələb edib.
Saxta ittihamlarla həbs edilmiş bloger dördüncü həftədir Bakı həbsxanasından aclıq keçirir.
"Fikri ifadə etmək azadlığını boğmaq olmaz... Biz Mehman Hüseynovun və Azərbaycandakı bütün digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik", deyə mitinqin təşkilatçısı, Vaşinqtonda Crude Accountability qeyri-kommersiya təşkilatının icraçı direktoru Keyt Uotters bildirib.
"Onlar pis heç nə etməyiblər. Onlar qanunları pozmayıblar... OnOnların etdiyi tək şey korrupsiyanı ifşa edən vətəndaşlar kimi öz vəzifələrini yerinə yetiriblər. Və biz bütün dünyada onlarla həmrəyik", deyə o, əlavə edib.
Digər etirazçı, "Dərhal azadlıq" təşkilatından Karl Horberq qeyd edib ki, beynəlxalq ictimaiyyət "Azərbaycan hökumətinin jurnalistikanın cinayət olduğunu iddia etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamasına imkan verməməlidir".
Bir neçə siyasi məhbus, habelə fəallar və müxalifət xadimləri Bakıda Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq elan ediblər.
Etirazçılar həmçinin ABŞ siyasətçilərini və beynəlxalq maliyyə institutlarını "insan hüquqları, plüralizm və demokratiya sahəsində öz öhdəliklərini davam etdirməyə və Azərbaycan rejimi ilə əməkdaşlığa son qoymağa çağırıblar.
"Mehman Hüseynov və bütün digər siyasi məhbuslar azad edilənə qədər onlar korrupsiya və insan hüquqları pozuntularına şərait yaradan neft və qazın maliyyələşdirilməsinə son qoymalıdırlar", deyə Crude Accountability-nin proqram direktoru Sonya Zilberman bildirib.
Azərbaycanın Vaşinqtondakı səfirliyi şərh vermək barədə sorğuya cavab verməyib. -25B-
-
- Cəmiyyət
- 19 Yanvar 2019 11:21
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz