Meeting of Amirabdollahian and Bayramov in Ashgabat on November 27, 2021. Azertac
XİN başçısı İranın qonşularla əlaqələrini genişləndirmək istəyini qeyd edib
Bakı/30.11.21/Turan: İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan İnstagram səhifəsindəki qeydində noyabrın 27-də İƏT-in 15-ci sammiti çərçivəsində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünə toxunub və bildirib ki, İran qonşuları ilə əlaqələrini genişləndirməyə davam edəcək. Bu barədə İRNA məlumat yayıb.
"Aşqabadda İƏT-in 15-ci sammiti çərçivəsində mənim Azərbaycanın xarici işlər naziri ilə şəxsi görüşüm olub. Bu yaxşı görüş üçün hər iki ölkədə son iki həftə ərzində zəminlər yaradılıb", deyə Əmirabdullahiyan görüşdə imzalanan hərtərəfli sazişi nəzərdə tutaraq qeyd edib.
"Bu sazişin çərçivələri hər iki ölkənin maraqlarına uyğundur və hər iki prezidentin iradəsi münasibətləri hərtərəfli genişləndirməkdən ibarətdir", deyə o əlavə edib.
O yazıb ki, tranzit, energetika, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq razılaşdırılıb və ikitərəfli sazişə daxil edilib.
"İki ölkə bir-birinə yaxşı qonşu, qohum olmaq çərçivələrini aşır. Azərbaycan prezidenti bizim qayğılarımızla bağlı ümidləndirici sözlər deyib və bu, gələcək addımların əsasını təşkil edir", deyə o vurğulayıb.
Əmirabdullahiyan sonda yazıb ki, iki prezidentin görüşündən bir gün əvvəl çox mühüm siyasi, diplomatik məsləhətləşmələr və təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb. -0-
-
- İqtisadiyyat
- 30 Noyabr 2021 11:17
-
- Maliyyə
- 30 Noyabr 2021 11:37
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz