XİN-də Çin səfiri ilə görüş olub
Bazar ertəsi Çinin Azərbaycana yeni təyin olunan səfiri Vey Jinxua xarici işlər naziri Elmar Məmmədyarova etimadnaməsini təqdim edib.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunublar. E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Pekinin mövqeyini qeyd edib.
Öz növbəsində çinli səfir deyib ki, bu, Pekinin prinsipial mövqeyidir. -02D-
-
- İqtisadiyyat
- 18 İyul 2016 16:52
-
- Cəmiyyət
- 18 İyul 2016 17:27
Siyasət
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz