XİN ümumilikdə parlament seçkilərində beynəlxalq monitorinq missiyasının qiymətləndirməsindən məmnundur
Bakı/11.02.20/Turan: Azərbaycan XİN beynəlxalq monitorinq missiyasının 9 fevral parlament seçkilərinə verdiyi qiymətdən ümumilikdə məmnundur. XİN-in fevralın 10-da missiyanın seçkilərin ilkin qiymətləndirilməsi haqqında bəyanatına cavab olaraq yaydığı bəyanatın mətnindən belə bir nəticə çıxır.
"BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.
BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati xarakter daşıdığını qeyd edirik.
Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır", deyə bəyanatda bildirilir.
Xatırladaq ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA nümayəndələrindən ibarət Beynəlxalq missiya seçkiqabağı dövrdə və səsvermə günü ciddi nöqsanlar aşkar edib, Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmədiyinə və azad və ədalətli seçkilər üçün şərait yaratmadığına görə tənqid edib. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz