Yeni Azərbaycan Partiyasının təmsilçiləri İnternet üzərində nəzarətin sərtləşdirilməsini təklif edirlər
Bakı/13.02.19/Turan: Görünür, hakim Yeni Azərbaycan Partiyası İnternetə nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni kampaniyaya başlayır. Bu günlərdə YAP təmsilçisi, parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "xaricdən gələn təhlükəsizlik hədələri və təhqirlər"lə əlaqədar sosial şəbəkələrin bağlanmasına çağırıb. O, "milli sosial şəbəkələr"in yaradılmasını təklif edib.
Bu gün baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov sosial şəbəkələrdə "özünü qanunla müdafiə etməyin mümkün olmamasından" şikayətlənib.
"İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır", - Ə.Əhmədov bildirib.
"Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün İnternetin məhdudlaşdırılmasına da gedirlər. Mən İnternetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın", -Ə.Əhmədov bildirib.-05D06--
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz