Yerevanın Qarabağı qorumaq üçün hərbi gücü yoxdur - Ermənistanın parlament komissiyasının rəhbəri
Bakı/20.10.22/Turan: 44 günlük müharibə nəticəsində Ermənistan Qarabağ əhalisini hərbi yolla müdafiə etmək imkanından məhrum olub. Bu barədə oktyabrın 19-da parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Rusiya sülhməramlıları olmasaydı, Qarabağda erməni qalmazdı, deyə o bildirib. "Biz masadakı resursları dəqiq və real qiymətləndirməliyik, söhbət siyasi-diplomatik resurslardan, beynəlxalq ictimaiyyətin maksimum cəlb edilməsindən gedir", deyə Ağacanyan bildirib.
Onun sözlərinə görə, o, bu barədə Amerikalı konqresmenlərə də bildirib, Qarabağa beynəlxalq mexanizmlər cəlb edilməsə etnik təmizləmələr qaçılmazdır, ən yaxşı halda isə kütləvi emiqrasiya baş verəcək.
Buna görə Ermənistan beynəlxalq ictimaiyyətin Qarabağda maksimum təmsil olunmasını təmin etmək üçün səy göstərməlidir.
"Ermənistan üçün silahlanmaq, regional qüvvələr balansını bərpa etmək çox vacibdir, amma bu, uzun prosesdir. Hazırda bizə siyasi həllər, razılaşmalara zəmanət verəcək böyük siyasi təsirə malik vasitəçilər lazımdır", deyə Ağacanyan bildirib. 02D
-
- Maliyyə
- 20 Oktyabr 2022 12:43
-
- İqtisadiyyat
- 20 Oktyabr 2022 13:28
Siyasət
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
Rəy yaz