Yerevanın sülh danışıqlarının formatını dəyişdirmək cəhdləri əsassızdır - Azərbaycan XİN
Bakı/06.03.19/Turan: Ermənistan baş nazirinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatını dəyişdirmək istəyi ATƏT-in Minsk Qrupunu və xüsusən Rusiya, ABŞ və Fransalı həmsədrlərin fəaliyyətini məhv etmək cəhdi kimi qiymətləndirilməlidir. Bu barədə Azərbaycan XİN-in Nikola Paşinyanın Brüsseldə səsləndirdiyi son bəyanatla əlaqədar şərhində deyilir.
"Danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Xatırladırıq ki, bu qərara əsasən Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər", deyə şərhdə qeyd edilir. -02D-
-
- Cəmiyyət
- 6 Mart 2019 16:02
-
- İqtisadiyyat
- 6 Mart 2019 16:32
Siyasət
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
-
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçiriblər.
Rəy yaz